Moskvada qatarların toqquşması nəticəsində 50 nəfər xəsarət alıb

Moskvada qatarların toqquşması nəticəsində 50 nəfər xəsarət alıb
# 09 aprel 2017 02:49 (UTC +04:00)

Moskvada qatarların toqquşmasından sonra 50 nəfər tibbi yardımın göstərilməsi üçün həkimlərə müraciət edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rusiya Dəmir Yolları”ndan bildirilib.

“Elektrik qatarının iki vaqonunun və sərnişin qatarının lokomotivinin seksiyasının relsdən çıxması nəticəsində dəmir yolunda hərəkət dayandırılıb. İlkin məlumata görə, tibbi yardımın göstərilməsi üçün 50 nəfər həkimlərə müraciət edib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl 20 nəfərin xəsarət alması, 12 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR