"Ziraat Bank Azərbaycan" "AzeriCard" prosessinq sisteminə qoşulub

"Ziraat Bank Azərbaycan" "AzeriCard" prosessinq sisteminə qoşulub
# 01 sentyabr 2015 13:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “AzeriCard” prosessinq mərkəzi və “Ziraat Bank Azərbaycan” əməkdaşlıq haqqında müqavilə imzalayıb.

“AzeriCard” prosessinq mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, müqavilə çərçivəsində “Ziraat Bank Azərbaycan” ASC-yə “AzeriCard” tərəfindən prossesinq xidmətlərinin göstərilməsi planlaşdırılır. Tezliklə tərəflər bankın kart infrastrukturunun yaradılması istiqamətində aktiv işlər görməyə başlayacaqlar.

Beləliklə, “Ziraat Bank Azərbaycan” ASC, 2015-ci ilin ilk 6 ay ərzində “AzeriCard” prosessinq sisteminə qoşulan üçüncü bank olub və “AzeriCard” prosessinq sistemində xidmət olunan bankların sayı 34 çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR