İngiltərə Premyer Liqasında koronavirus testlərinin növbəti nəticələri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, son bir həftədə 42 yoluxma qeydə alınıb.
Bu, ötən ildən başlayan yoxlamalar müddətində ən yüksək göstəricidir. Bu rekord göstərici üzündən Premyer Liqa təcili tədbirlər görməyi planlaşdırır.
Dekabrın 6-12-də ümumilikdə 3805 test götürülüb. Bir həftə əvvəl 12 yoluxma qeydə alınmışdısa, bu dəfə rəqəm təxminən 3,5 qat artıb.