İspaniyanın “Luqo” klubunda koronavirusa yoluxma qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, aşağı liqa təmsilçisində 27 yoluxma aşkarlanıb.
Bu rəqəm son testlərdən sonra belə yüksək həddə çatıb. Son yoxlama zamanı daha 4 müsbət nəticə verib.
Yoluxan 27 nəfərdən 17-si futbolçu, 9-u texniki heyət üzvü, biri klub əməkdaşıdır. Növbəti testlərin cavabını gözləyən klubdakı xəstələnənlərin sayı daha da arta bilər.
“Luqo”nun növbəti matçı təxirə salınıb. Əksər üzvləri karantində olan komanda yalnız 2022-ci ildə meydana çıxa biləcək.