Bakı-Quba yolunda avtomobil aşıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - VİDEO

Bakı-Quba yolunda avtomobil aşıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 14 iyun 2015 20:50 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Cavadov Nazim Adil oğlunun idarə etdiyi 90 UM 739 dövlət nömrə “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alanlar – Bakı şəhər sakinləri, 1948-ci il təvəllüdlü Aleksandr Kostin və 1948-ci il təvəllüdlü Lyubov Yakalinadır. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR