"Bakı 2015 - İlk Avropa Oyunlarına Velosipedlə” layihəsinə qoşulan xorvatiyalı velosipedçilər Bakıya yola düşüblər - FOTO

"Bakı 2015 - İlk Avropa Oyunlarına Velosipedlə” layihəsinə qoşulan xorvatiyalı velosipedçilər Bakıya yola düşüblər - <span style="color: red;">FOTO
# 07 may 2015 10:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Bakı 2015 - İlk Avropa Oyunlarına Velosipedlə” adlı layihə çərçivəsində Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri may ayının 5-də Xorvatiyanın Dubrovnik şəhərindən Bakıya yola düşüblər.

Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyevin APA-ya verdiyi məlumata görə, layihə ilə əlaqədar səfirlik tərəfindən Bakıya səfər edəcək velosipedçilərin Dubrovnikdən yola salınma mərasimi təşkil olunub və mərasim Xorvatiyanın milli televiziyası HRT 1 kanalında geniş işıqlandırılıb. Mərasimdə çıxış edən Kamil Xasiyev Avropa Oyunları kimi mötəbər yarışın Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu bildirib. O, bu hadisənin bütün Avropa idmançılarının ümumi bayramına çevrildiyini deyib: “20 idman növü üzrə altı mindən çox idmançının mübarizə aparacağı Avropa Oyunlarına ölkəmiz yüksək səviyyədə hazırlaşıb, yarışların məşəlini prezident İlham Əliyev tərəfindən alovlandırılıb”.

K.Xasiyev Xorvatiyanın Avropa oyunlarında geniş tərkibdə - 200 nəfərlik idman heyəti ilə təmsil olunacağını yüksək qiymətləndirib və "Pedalinac" velosiped klubu üzvlərinin “Bakı 2015 İlk Avropa Oyunlarına Velosipedlə” layihəsinin Bakı İlk Avropa oyunlarının təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə iştirak edən Dubrovnik şəhərinin merinin müavini layihənin Azərbaycanla Xorvatiya arasında mədəni-idman münasibətlərinin inkişafı baxımından əvəzedilməz olduğunu qeyd edib.

Mərasim yerli ictimaiyyət və Dubrovnik şəhərində olan əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanıb və velosipedçilər böyük alqışlarla Bakıya yola salınıb.

Qeyd edək ki, Xorvatiyanın velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən təqribən 4000 km-lik yürüş edərək Bakıda Birinci Avropa Olimpiya oyunlarının açılış mərasimində iştirak edəcəklər. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüşün marşrutu Xorvatiya - Monteneqro - Albaniya - Makedoniya - Yunanıstan - Türkiyə - Gürcüstan - Azərbaycan olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR