Yunanıstanda iki güclü yeraltı təkan baş verib

Yunanıstanda iki güclü yeraltı təkan baş verib
# 22 iyul 2017 22:23 (UTC +04:00)

Bir neçə gün əvvəl güclü zəlzələ yaşanmış Yunanıstanın Kos adası sahillərində daha iki güclü yeraltı təkan baş verib.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, 4,4 bal gücündə zəlzələ iyulun 22-də axşam saatlarında Kos adasından 20 km şimal şərqdə, 10 km dərinlikdə qeyd alınıb.

On altı dəqiqə sonra adanın yaxınlığında 4,6 bal gücündə afterşok qeydə alınıb.

Qeyd edək ki, iyulun 20-dən 21-nə keçən gecə Egey dənizi sahillərində baş verən 6,7 ballıq zəlzələ nəticəsində 70-dək Türkiyə, 120-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb, 2 nəfəri ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR