Konfrans Liqası: “Qəbələ” “Fehervar”la üz-üzə gələcək

Konfrans Liqası: “Qəbələ” “Fehervar”la üz-üzə gələcək
# 21 iyul 2022 06:42 (UTC +04:00)

“Qəbələ” 2022/23 mövsümünə avrokubok oyunu ilə start verir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan klubu mübarizəyə Konfrans Liqasının II təsnifat mərhələsindən başlayır.

Elmar Baxşıyevin yetirmələri ilk görüşü səfərdə keçirəcək. “Qırmızı qaralar” Macarıstanda yerli “Fehervar”ın qonağı olacaq. Üç illik fasilədən sonra yenidən avrokuboklarda çıxış edəcək “Qəbələ” doğma arenasındakı cavab qarşılaşması öncəsi sərfəli nəticə əldə etmək niyyətindədir.

Qeyd edək ki, bu komandaların cavab matçı iyulun 28-də Qəbələ şəhər Stadionunda keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
21:00. “Fehervar” (Macarıstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim:
Kaspar Syöberq (İsveç)
Sekeşfexervar, “MOL Arena Sosto”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR