Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı futbolçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.
O, bunu DÇ-2022-nin İrlandiya ilə bugünkü matçında rəsmiləşdirib. Hazırda davam edən qarşılaşmadakı qol Ronaldonun Portuqaliya millisində 110-cu topu olub.
Kriştiano bununla da İran yığmasının əfsanəsi Əli Daeini arxada qoyub. Asiyalı bombardir millidə 109 dəfə fərqlənib.