Kriştiano Ronaldo daha bir rekorda nail olub.
Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin futbolçusu yığmadakı oyun sayında Avropa rekordunu təkrarlayıb.
İrlandiya ilə DÇ-2022-nin seçmə oyunu (2:1) Ronaldonun millidə 180-ci matçı olub. O, bu göstəricidə İspaniya yığmasının müdafiəçisi Serxio Ramosa çatıb.
Qətərlə sentyabrın 4-dəki yoxlama oyununda Kriştiano qitə rekordunu yeniləyəcək. Dünya rekordu isə malayziyalı So Çin Auna məxsusdur – 195 matç.
Qeyd edək ki, İrlandiyaya 2 qol vuran Ronaldo millidəki top sayında dünya rekordunu yeniləyib – 111.