Rusiyanın bayrağı Vaşinqtondakı ticarət nümayəndəliyinin üzərindən çıxarılıb

Rusiyanın bayrağı Vaşinqtondakı ticarət nümayəndəliyinin üzərindən çıxarılıb
# 12 oktyabr 2017 02:24 (UTC +04:00)

Vaşinqtonda bağlanmış ticarət nümayəndəliyinin üzərindən Rusiya bayrağı çıxarılıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Nikolay Laxonin faktı təsdiqləyib.

Bundan əvvəl San-Fransiskoda bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb. Bununla əlaqədar Rusiya səfirliyi ABŞ tərəfinə etirazını bildirib, bayraqların yerinə qaytarılmasını tələb edib.

Məlumata görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən San-Fransiskodakı Rusiya Baş Konsulluğunun obyektləri bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR