Ötən il ərzində Azərbaycanın Qazaxıstanla apardığı ticarət mübadiləsinin həcmi 229 601,77 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 8 812,45 min dollar və ya 4% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən il Azərbaycandan Qazaxıstana ixracın həcmi 24 022,63 min dollar təşkil edib. Bu göstərici 2018-ci il ilə müqayisədə 22 621,64 min dollar və ya 48,5% azalıb. İdxalın həcmi isə 205 579,14 min dollara bərabər olub ki, bu göstərici 2018-ci il ilə müqayisədə 31 434,09 min dollar və ya 18% artıb.
Nəticədə, hesabat dövründə 1 815 56,51 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 54 055,73 min dollar və ya 42,4% çoxdur.