Rusiya və ABŞ Hələbdən silahlıların çıxarılmasına dair razılığa gələ bilməyiblər

Rusiya və ABŞ Hələbdən silahlıların çıxarılmasına dair razılığa gələ bilməyiblər
# 11 dekabr 2016 22:19 (UTC +04:00)

Rusiya və ABŞ Hələbdən silahlıların çıxarılmasına dair razılığa gələ bilməyiblər.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyinə Rusiya XİN-dəki diplomatik mənbə bildirib.

“Sənədi qəbul etmək hələ ki, mümkün olmayıb. Mövqelərin razılaşdırılmasına dair işlər davam etdiriləcək”, deyə mənbə bildirib.

Bildirilir ki, ABŞ tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasını təkid edir, Rusiya isə bu şərti qəbuledilməz hesab edir. Suriya böhranı ilə əlaqədar Rusiya və ABŞ diplomatları arasında danışıqlar İsveçrənin Cenevrə şəhərində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR