Bank Of Baku

“Liverpul”un qapıçısı Superkubokda oynamayacaq 

“Liverpul”un qapıçısı Superkubokda oynamayacaq 
# 10 avqust 2019 10:31 (UTC +04:00)

İngiltərə “Liverpul” klubu UEFA Superkuboku öncəsi ciddi itki ilə üzləşib.

APA-nın məlumatına görə, baş məşqçi Yurgen Klopp əsas qapıçı Alisson Bekkerin xidmətindən məhrum olub.

Braziliyalı qapıçı İngiltərə Premyer Liqasının ilk turunun “Norviç”lə görüşündə (4:1) zədələnib. Birinci hissənin sonlarında qapıdan zərbə ilə topu oyuna daxil edərkən xəsarət alan qolkiper avqustun 14-də komandasına kömək edə bilməyəcək. O, Türkiyənin İstanbul şəhərində “Çelsi”yə qarşı keçiriləcək görüşü buraxmaq məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR