Almaniya millisinin sabiq futbolçusu Lukas Podolskinin yeni klubu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını Polşada davam etdirəcək.
Türkiyənin “Antalyaspor” klubundan ayrılan 36 yaşlı veteran “Qurnik”ə keçib. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Lukas “Bavariya” və “Arsenal”dakı çıxışları ilə tanınıb.