Bank Of Baku

Mahir Emreli “Legiya”dan ayrılmaq istəyir, vəkillərlə əlaqə saxlayıb

Mahir Emreli “Legiya”dan ayrılmaq istəyir, vəkillərlə əlaqə saxlayıb
# 14 dekabr 2021 09:15 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”dan ayrılmaq fikrinə düşüb.

Apasport.az xəbər verir ki, bu barədə Polşanın pportfakty.wp.pl saytı məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı forvard klubun günahı ucbatından müqaviləni pozmaq şanslarının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə saxlayıb. Onu bu fikrə Plotsk “Visla”sı ilə matçdan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalmaları salıb.

Qarşıdurma nəticəsində döyülənlərdən biri olduğu söylənilən Emrelinin müayinə üçün xəstəxanaya getdiyi və həkimlərin ona iki günlük istirahət tövsiyə etdiyi vurğulanıb. Yığmamızın aparıcı üzvünün “Zaqlebye”yə qarşı sabah keçiriləcək Polşa Ekstraklasasının III turundan təxirə salınan görüşündə iştirakının sual altında olduğu yazılıb.

Qeyd edək ki, yayda “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emreli Varşava təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR