Bank Of Baku

Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın baş məşqçisi istefa verib

Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın baş məşqçisi istefa verib
# 13 dekabr 2021 12:25 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, Ekstraklasanın autsayderi Marek Qolebevski ilə yollarını ayırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Avropa Liqasında qrup sonuncusu olaraq qitə kubokları ilə vidalaşan komanda ölkə çempionatında da 18 iştirakçı arasında 18-cidir. Bu, komandada mövsüm ərzində ikinci baş məşqçi istefasıdır.

Qeyd edək ki, ötən mövsümün çempionu bir müddət əvvəl Çeslav Mixneviçlə də yollarını ayırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR