Türkiyədə PKK-nın törətdiyi partlayışlar nəticəsində 12 hərbçi yaralanıb

Türkiyədə PKK-nın törətdiyi partlayışlar nəticəsində 12 hərbçi yaralanıb
# 14 oktyabr 2016 09:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin PKK terrorçularının Van vilayətinin Başkale bölgəsində törətdiyi partlayış nəticəsində 8 hərbçi yaralanıb.

APA-nın “Milliyyət”ə istinadən verdiyi məlumata görə, yola yerləşdirilmiş partlayıcı mexanizm hərbi avtomobil keçərkən işə salınıb. Yaralı hərbçilərdən ikisinin vəziyyəti ağırdır. Onlar Vana göndərilib. Ərazidə helikopterlərin iştirakı ilə əməliyyat başlayıb.

Bənzər hadisə Hakkari vilayətinin Şemdinli bölgəsində də baş verib. İlkin məlumata əsasən, partlayış nəticəsində 4 əsgər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR