İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bunu yarışın təşkilatçıları açıqlayıb.
XVII turun “Brentford” və “Mançester Yunayted” arasında matçı qeyri-müəyyən müddətə təxirə düşüb. Buna Mançester təmsilçisində koronavirusa yoluxanların sayının artması səbəb olub.
Klub rəhbərliyi məşq bazasını bir sutkalıq bağlayıb. Testi müsbət nəticələnənlər təcrid olunublar.
Qeyd edək ki, ötən həftə “Tottenhem”də yoluxanlar olduğu üçün oyunu təxirə salınıb.