Məhəmməd Salah “Barselona” variantına münasibət bildirib

Məhəmməd Salah “Barselona” variantına münasibət bildirib
# 06 dekabr 2021 16:22 (UTC +04:00)

“Liverpul”un hücumçusu Məhəmməd Salah “Barselona”nın diqqət mərkəzində olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı ulduz futbolçu “qırmızılar”da qalıb-qalmayacağının hələ müəyyənləşmədiyini etiraf edib.

Misir millisinin lideri yeni müqavilə məsələsində hələ də ortaq məxrəcə gəlmədiklərini gizlətməyib: “Barselona” kimi klubun maraq dairəsində olmaq məni sevindirir. Amma hazırda “Liverpul”da xoşbəxtəm. Gələcəkdə isə nələrin olacağını birlikdə görəcəyik. Çünki gələcəyimlə bağlı qərarı klub rəhbərliyi verəcək. Görüşüb, bir qərara gəlməliyik”.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR