Rusiya Almaniyanın iki diplomatını “arzuolunmaz şəxs” elan edib

Rusiya Almaniyanın iki diplomatını “arzuolunmaz şəxs” elan edib
# 12 dekabr 2019 12:52 (UTC +04:00)

Almaniyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, səfir Almaniyanın dekabrın 4-də iki Rusiya diplomatını “arzuolunmaz şəxs” elan etməsinə etiraz olaraq XİN-ə dəvət olunub.

Rusiya Almaniyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Onlardan bir həftə ərzində ölkəni tərk etmələri tələb olunub.

Qeyd edək ki, dekabrın 4-də Almaniya XİN Rusiyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını “persona non grata” elan edib. Buna səbəb avqustun 23-də Berlində çeçen əsilli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvilinin qətlə yetirilməsidir. Berlin polisi qətli törətməkdə şübhəli bilinən şəxsin 49 yaşlı Rusiya vətəndaşı olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR