Bank Of Baku

Millətlər Liqasının püşkü atılıb

Millətlər Liqasının püşkü atılıb
# 16 dekabr 2021 21:46 (UTC +04:00)

Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

Mərasimdə Avropanın 55 yığması 4 liqanın 14 qrupuna bölünüb. A, B və C liqalarının hərəsində 4 komandadan ibarət 4 qrupun tərkibi bəlli olub. D liqasında bir qrupda 4, digərində 3 komanda yer alıb.

C liqasında mübarizə aparacaq Azərbaycan millisinin də rəqibləri bəlli olub. İtaliyalı baş məşqçi Canni de Byazinin yetirmələri 3-cü qrupda Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi ilə mübarizə aparacaq.

Eyni liqada yarışacaq qardaş ölkə Türkiyə isə 1-ci qrupda Lüksemburq, Litva və Farer adaları ilə gücünü yoxlayacaq.

A liqası
1-ci qrup: Fransa, Danimarka, Xorvatiya, Avstriya
2-ci qrup: İspaniya, Portuqaliya, İsveçrə, Çexiya
3-cü qrup: İtaliya, Almaniya, İngiltərə, Macarıstan
4-cü qrup: Belçika, Niderland, Polşa, Uels

B liqası
1-ci qrup:
Ukrayna, Şotlandiya, İrlandiya, Ermənistan
2-ci qrup: İslandiya, Rusiya, İsrail, Albaniya
3-cü qrup: Bosniya və Herseqovina, Finlandiya, Rumıniya, Monteneqro
4-cü qrup: İsveç, Norveç, Serbiya, Sloveniya

C liqası
1-ci qrup:
Türkiyə, Lüksemburq, Litva, Farer adaları
2-ci qrup: Şimali İrlandiya, Yunanıstan, Kosovo, Kipr/Estoniya
3-cü qrup: Slovakiya, Belarus, Azərbaycan, Qazaxıstan/Moldova
4-cü qrup: Bolqarıstan, Şimali Makedoniya, Gürcüstan, Cəbəllütariq

D liqası
1-ci qrup:
Lixtenşteyn, Qazaxıstan/Moldova, Andorra, Latviya
2-ci qrup: Malta, Kipr/Estoniya, San-Marino

Gələn ilin martında təşkil olunacaq pley-offun Qazaxıstan – Moldova, Kipr – Estoniya oyunlarında qalib gələnlər C, uduzanlar D liqasında oynayacaq.

Yeni mövsümün qrup oyunları isə 2022-ci ildə baş tutacaq. İlk dörd tur iyunun 1-14-də, son iki tur sentyabrın 22-27-də keçiriləcək. B, C, D liqalarında qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaq. A və liqalarının qrup sonuncuları aşağı dəstəyə düşəcək. C liqasında dörd qrup sonuncusu pley-offda iki uğursuzu müəyyənləşdirəcək.

Pley-off 2023-cü ilin martın 21-23 və 24-26-da, A liqasında yarımfinal iyunun 14-15-də, üçüncülük matçı və final iyunun 18-də keçiriləcək.

Qeyd edək ki, AVRO-2024-ün pley-offuna neçə vəsiqənin veriləcəyi çempionatın reqlamenti təsdiqləndikdən sonra dəqiqləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR