Bank Of Baku

“Monako” “Qarabağ”a şərik olub

“Monako” “Qarabağ”a şərik olub
# 10 dekabr 2021 09:10 (UTC +04:00)

Avrokubokların qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın yalnız bir klubu ən yaxşı 100 komanda sırasında yer alıb.

Konfrans Liqasında mübarizəni davam etdirən “Qarabağ” qitədə 62-ci yerə şərikdir. 25,000 xala malik təmsilçimiz 2 pillə geriləyib.

Qurban Qurbanovun yetirmələrinin şəriklərinin sayı da artıb. Əvvəl yalnız “Başakşəhər” eyni göstəriciyə malik idisə, “Monako” da onlara çatıb.

Qeyd edək ki, siyahıya 133,000 xalla “Bavariya” başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR