AZAL Bakı-Krasnoyarsk istiqamətində uçuşlarda xüsusi aksiya keçirir

AZAL Bakı-Krasnoyarsk istiqamətində uçuşlarda xüsusi aksiya keçirir
# 07 iyul 2015 15:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Krasnoyarsk istiqamətindəki uçuşlarında xüsusi aksiya keçirir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aksiya çərçivəsində Bakı-Krasnoyarsk aviareysi 170 avroya başa gələcək.

Uçuş və bu istiqamətdə biletlərin satış tarixləri avqustun 8-nə kimidir.

Qeyd edək ki, qiymətə yığımlar və rüsumlar da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR