Mirror: Polis “А320” təyyarəsinin pilotunun evinə baxış zamanı mühüm fakt aşkarlayıb

Mirror: Polis “А320” təyyarəsinin pilotunun evinə baxış zamanı mühüm fakt aşkarlayıb
# 27 mart 2015 01:17 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın Mirror qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, polislərdən biri müstəntiqlərin evə baxış keçirdiyi zaman mümkün “açar” aşkarladığını qeyd edib. Söhbətin ölümqabağı məktubdan getmədiyini bildirən polis nümayəndələri məsələnin təfərrüatlarını açıqlamaqdan imtina edib. Baxış Andreas Lubitsin Düsseldorfdakı evində keçirilib.

Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində 150 nəfər ölüb.

Qeyd edək ki, Marsel şəhərinin prokuroru Bris Roben bu gün təyyarənin qəsdən qəzaya uğradılması ilə bağlı şübhələr olduğunu deyib.

O köməkçi pilotun təyyarəni qəsdən aşağı sürdüyünü, qəza törətdiyini söyləyib. Hadisə baş pilotun kabinəni tərk etməsindən sonra baş verib.

Prokuror bildirib ki, yardımçı pilot qapını içəridən bağlayaraq baş pilotun kabinəyə daxil olmasına imkan verməyib, yəni qapını məqsədli şəkildə açmayıb. Bris Robenin sözlərinə görə, 20 dəqiqə davam etmiş uçuş zamanı pilotlar normal söhbət edib, onların danışığında heç bir şübhəli məqam qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR