Portuqaliyada bir futbol komandasının 13 üzvündə COVID-19-un "Omicron" ştammı aşkarlanıb.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Lissabonun "Belenenses SAD" komandasının 13 oyunçu və heyət üzvləri koronavirusunun yeni ştammına yoluxub.
Bildirilib ki, komandanın oyunçularından biri bu yaxınlarda Cənubi Afrikadan səfərdən qayıdıb.