Bakıda 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub

Bakıda 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub
# 16 dekabr 2019 16:13 (UTC +04:00)

“Bu il Bakıda 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub”.

APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

O bildirib ki, ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsinin miqyası genişlənib.

R. Tağıyev qeyd edib ki, bu il 60 şagird inklüziv təhsilə cəlb edilib.

“Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, çoxsaylı işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib”, - deyə BŞTİ-nin müdiri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR