“Qalatasaray” hücumçusu Kerem Aktürkoğlu ilə müqaviləsini yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, sözləşməsi ilin sonuna qədər olan 23 yaşlı forvardla yeni 5 illik saziş imzalanıb. Anlaşmaya əsasən, Türkiyə millisinin üzvü 2026-cı ilin sonuna qədər “cim-bom”a məxsus olacaq.
Qeyd edək ki, Kerem Aktürkoğlu “Qalatasaray”a ötən ilin yayında “24 Erzincanspor”dan keçib.