“Qalatasaray” yeni sponsorla müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu “Timur Şehircilik Planlama AŞ” ilə əməkdaşlığa başlayıb.
5+5 il müddətinə imzalanan saziş “cim-bom”a ümumilikdə 110 milyon dollar qazandıracaq. Bura forma və stadion adı ilə bağlı gəlirlər daxildir.
“Sarı-qırmızılılar”ın stadionunun adına da əlavələr edilərək, dəyişiklik rəsmiləşib. Bundan sonra arena “Ali Sami Yen İdman Kompleksi Nef” stadionu adlanacaq.