“Qalatasaray”ı növbəti mövsümdə Fatih Terim çalışdıracaq.
Apasport.az saytının məlumatına görə, bu barədə klubun yeni prezidenti Burak Elmas açıqlama verib.
O bildirib ki, Fatih Terim sabahdan komanda ilə hazırlıqlara da başlayacaq: “Baş məşqçimizlə görüşdük. Sabah səhərdən komanda ilə evimizdə - Floriyada hazırlıqlara start verəcək. “Qalatasaray”ın baş məşqçisi “Qalatasaray”lı Fatih Terimdir”.
Qeyd edək ki, Elmas bir gün öncə İstanbul təmsilçisinin prezidenti seçilib. Terimin isə komanda ilə müqaviləsi bitmişdi.