Konfrans Liqasının qrup mərhələsinin I turu “Qarabağ”ın futbolçusu Qara Qarayev üçün əlamətdar olacaq.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi avrokuboklarda 100-cü matçına çıxacaq.
Bu yubiley “Bazel”lə Bakıdakı qarşılaşmada gerçəkləşəcək. Təbii ki, bunun üçün Qarayev İsveçrə klubu ilə görüşdə meydana çıxmalıdır. Bakı Olimpiya Stadionunda baş tutacaq sabahkı matça qədər yarımmüdafiəçi 99 avrokubok oyununa çıxıb. O, bu müddətdə qol hesabını aça bilməyib.
Qara qitə miqyaslı klub turnirlərində ilk dəfə 2010/11 mövsümündə meydana çıxıb. Yarımmüdafiəçi Avropa Liqasının “Metalurq”la Şimali Makedoniyadakı oyununda şans qazanıb. 2010-cu il iyulun 8-dəki matçda futbolçu sarı vərəqə ilə də cəzalanıb. Ümumiyyətlə, Qara 99 oyunda 21 sarı və 2 qırmızı vərəqə görüb. O, 93 dəfə start heyətində yer alıb, 6 dəfə sonradan oyuna daxil olub.
Millimizin üzvü üç müxtəlif turnirdə forma geyinib. O, Çempionlar Liqasında 34, Avropa Liqasında 59, Konfrans Liqasında 6 görüşün iştirakçısıdır.
Qeyd edək ki, sabahkı “Qarabağ” – “Bazel” oyunu saat 20:45-də başlayacaq.
Qara Qarayev avrokuboklarda 100-cü oyununa çıxacaq
© APA | Qara Qarayev
15 sentyabr 2021 11:46 (UTC +04:00)
Futbol
Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər
21:05
3 may 2024
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
01:16
3 may 2024
UEFA Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub edib
01:04
3 may 2024
Kurtua Avropa çempionatında iştirak etməyəcək
11:14
2 may 2024