Bank Of Baku

“Qarabağ” Azərbaycan çempionatlarında evdə 750-ci qolunu vurub - FOTOLENT

“Qarabağ” Azərbaycan çempionatlarında evdə 750-ci qolunu vurub - FOTOLENT
# 17 dekabr 2021 11:19 (UTC +04:00)

“Qarabağ” Azərbaycan çempionatlarında 750-ci ev qoluna imza atıb.

Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın XIV turuna təsadüf edib. “Zirə” ilə görüşdə (2:0) vurulan ikinci qol yubiley xarakteri daşıyıb.

Bu topa Musa Qurbanlı imza atıb. “Qarabağ” 750-ci qolu 413-cü ev oyununda vurub.

Qeyd edək ki, “Qarabağ”ın evdəki ilk qolunun müəllifi Mehman Alışanovdur. 1992-ci mayın 3-də Sabirabad “İnşaatçı”sının (1:2) qapısına qol vuran futbolçu həm də ölkə çempionatlarının tarixinin birinci topuna imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR