"Qarabağ" Bəhlul Mustafazadə ilə 3 illik müqavilə imzalayıb

"Qarabağ" Bəhlul Mustafazadə ilə 3 illik müqavilə imzalayıb
# 29 iyul 2021 10:47 (UTC +04:00)

“Qarabağ” daha bir transferini rəsmiləşdirib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi Bəhlul Mustafazadəni heyətinə cəlb edib.

“Sabah”dan ayrılan və Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Əyn”ə keçidi baş tutmayan millimizin üzvü yeni komandasına azad agent kimi keçib. O, “Qarabağ”la 3 illik müqavilə imzalayıb. 24 yaşlı müdafiəçi ağdamlılarda 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində buna qədər Kadi Borqes, Marko Veşoviç və Ramil Şeydayevi transfer edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR