Bank Of Baku

“Qarabağ”ın “Bazel”lə matçda qolunu hakimlər saymayıb

“Qarabağ”ın “Bazel”lə matçda qolunu hakimlər saymayıb
# 10 dekabr 2021 01:03 (UTC +04:00)

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə matçında hakim haqsızlığı yaşanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisinin “Sankt-Yakob Park”da artıq 1-ci dəqiqədə hesabı açmasına Xorvatiyadan olan ədalət təmsilçiləri imkan verməyib.

İbrahima Vadjinin sağ cinahdan ötürməsi zamanı Abdullah Zubirin zərbəsindən sonra rəqibin müdafiəçisi topu qapı xəttini keçdikdən sonra qaytarıb. Top xətdən ən azı bir metr içəridən qaytarılmasına baxmayaraq, baş hakim Fran Yoviç kobud səhvə yol verərək, qolu qeydə almayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR