Bank Of Baku

“Qarabağ”ın prezidenti “Fənərbaxça” ilə qarşılaşmağı arzulayır

“Qarabağ”ın prezidenti “Fənərbaxça” ilə qarşılaşmağı arzulayır
# 13 dekabr 2021 14:03 (UTC +04:00)

“Qarabağ”ın prezidenti Tahir Gözəl İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsindən sonra brifinq keçirib.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri tədbirin ardından jurnalistlərin suallarını cavablandırıb.

O, Konfrans Liqasının pley-off mərhələsinin bugünkü püşkatması barədə fikirlərini açıqlayıb: “Ən böyük arzum “Fənərbaxça” ilə qarşılaşmaqdır. Uşaqlıqdan xəyalımdır. Bəlkə iki qardaş ölkənin prezidenti yan-yana oturub oyunu izləyər”.

Qeyd edək ki, pley-offun püşkü bu gün Bakı vaxtı ilə saat 17:00-da atılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR