Bank Of Baku

Qodin İspaniyaya qayıdır

Qodin İspaniyaya qayıdır
# 18 dekabr 2021 12:29 (UTC +04:00)

Dieqo Qodin karyerasını yenidən İspaniyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, İtaliya “Kalyari”sində çıxış edən uruqvaylı müdafiəçi “Valensiya”nın transfer siyahısına düşüb.

La Liqa klubu 35 yaşlı futbolçunu almaq niyyətindədir. Qodinin transfer qiyməti 2 milyon avrodur. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Dieqo 2007-10-cu illərdə “Vilyarreal”, 2010-19-cu illərdə “Atletiko”nun formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR