Pep Qvardiola Premyer Liqada ilk dəfə “Lids” üzərində qələbəyə sevinib.
Apasport.az saytının məlumatına görə, ispaniyalının rəhbərlik etdiyi “Mançester Siti” rəqibini 7:0 hesabı ilə darmadağın edib.
Qvardiolanın komandası ötən mövsüm bu rəqibi məğlub edə bilməmişdi – 1:1, 1:2. “Lids” onun qalib gəldiyi 28-ci rəqib olub.
İspaniyalı Premyer Liqada qarşılaşdığı 29 komandadan yalnız birinə qalib gələ bilməyib. 2016/17 mövsümünün “Midlsbro” ilə hər iki matçı heç-heçə bitib – 1:1, 2:2