İspaniyanın “Real” klubundakı koronavirusa yoluxma daha da yayılıb.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi bugünkü məşqini təxirə salıb.
Hazırlıq prosesinin təxirə düşməsi yeni testlərin götürülməsi ilə bağlıdır. Bu gün komanda üzvlərinin hamısı təkrar testlər verəcək. Bundan sonra yoluxanların dəqiq sayı bilinəcək.
Qeyd edək ki, bir gün əvvəl Luka Modriç və Marselonun xəstələndiyi açıqlanıb.