İngiltərənin “Mançester Yunayted” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsi oyununda İsveçrənin “Yanq Boyz” komandası ilə qarşılaşıb. Matç ikincilərin 1:2 hesablı qələbəsi ilə başa çatıb.
APA xəbər verir ki, görüşdə hesab 13-cü dəqiqədə açılıb. Bruno Fernandeşdən ötürmə alan Kriştianu Ronaldo komandasını sevindirib.
Ancaq görüşün 35-ci dəqiqəsindən ingilislər azlıqda oynayıblar. Müdafiəçi Aaron Van-Bissaka meydandan kənarlaşdırılıb.
Matçın 66-cı dəqiqəsində İsveçrə yığmasının futbolçusu Mumi Nqamalyo cavab qolunu vurub. İkinci hissəyə əlavə olunan vaxtda Teozon-Jordan Sibaço effektiv zərbəsi ilə “Yanq Boyz”a qələbə qazandırıb.
Çempionlar Liqası 2021/22
F. qrupu 1 -ci tur
"Yanq Boyz" - "Mançester Yunayted" - 2:1
Qollar: 0:1 - Kriştianu Ronaldo (13), 1:1 - Mumi Nqamalyo (66), 2:1 - Teozon-Jordan Sibaço (90 + 5).