Azərbaycan rəssamlarının əsərləri Luvrda nümayiş olunacaq

Azərbaycan rəssamlarının əsərləri Luvrda nümayiş olunacaq
# 04 iyun 2015 12:07 (UTC +04:00)

Bakı-APA. İyunun 12-də Parisin Luvr muzeyinin “Carussel de Louvre” qalereyasında təsviri sənət beynəlxalq festivalının açılışı olacaq.

APA-nın xəbərinə görə, festivalda bir çox ölkədən məşhur rəssamlarla yanaşı, gənc istedadlar da öz əsərlərini nümayiş etdirəcəklər. Ekspozisiyada Azərbaycanın məşhur rəssamı Əsmər Nərimanbəyovanın “Asmar Art” adlı pavilyonunda Esmira Güləhmədova, Cəmalə Rəhmanlı və Zərifə Əsədovanın əsərləri sərgilənəcək.


Sərgi 3 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR