“Saran Group”un İdarə Heyətinin sədri Sadettin Saran “Fənərbaxça”nın prezidenti olmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, bunu tanınmış iş adamı özü açıqlayıb.
O bildirib ki, növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcək. “Sarı-lacivərdlilər”in sabiq rəsmilərindən olan Saran hazırkı prezident Ali Koça dəstək nümayiş etdirsə də, bu postun növbəti sahibi kimi özünü görür. Növbədənkənar seçki olmasa, “Fənərbaxça” növbəti prezidentini 2024-cü ildə seçəcək.
Qeyd edək ki, Ali Koç növbəti seçkilərdə namizədliyini vermək fikrində olmadığını açıqlayıb.