Bank Of Baku

Serxio Aquero karyerasını başa vurub

Serxio Aquero karyerasını başa vurub
# 15 dekabr 2021 15:31 (UTC +04:00)

Serxio Aquero karyerasını rəsmən başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın hücumçusu özü açıqlayıb.

Argentinalı forvard bu gün jurnalistlər üçün mətbuat konfransı keçirib. Ürəyində problem yaşayan Serxio göz yaşları içində futboldan getdiyini açıqlayıb. Ona dəstək vermək üçün “Barselona”nın məşqçi və futbolçu heyəti, eyni zamanda “Mançester Siti”də rəhbərliyi altında oynadığı keçmiş çalışdırıcısı Pep Qvardiola da mətbuat konfransına qatılıb.

Qeyd edək ki, karyerası ərzində “İndependiente” (2003-2006), “Atletiko” (2006-2011) və “Mançester Siti”nin (2011-2021) formasını geyinən Serxio Aquero “Barselona”ya bu ilin yayında keçib. O, 2006-2021-ci illərdə Argentina millisinin heyətində 101 matçda 41 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR