Xaçmazda maşın aşıb, xəsarət alan var

Xaçmazda maşın aşıb, xəsarət alan var
# 07 sentyabr 2017 07:49 (UTC +04:00)

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Ləcət kəndində Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Məsimov Məmməd Əmrulla oğlu idarə etdiyi “Hyundai” markalı 10 LM 048 dövlət nömrə nişanlı avtomobili aşırıb. Müxtəlif xəsarətlər alan sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR