Azərbaycan banklarından birinə məxsus nəqliyyat vasitələri satışa çıxarılır

Azərbaycan banklarından birinə məxsus nəqliyyat vasitələri satışa çıxarılır
# 13 avqust 2015 14:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan banklarından birinə məxsus nəqliyyat vasitələri satışa çıxarılır.

“Bank Technique” ASC-dən “APA-Economics”ə daxil olan məlumata görə, banka məxsus “Audi”, “Nissan Teana” və “Volkswagen Passat” markalı avtomobillər satışa çıxarılıb.

Bu nəqliyyat vasitələrinin vaxtilə bankın rəhbərliyində təmsil olunan şəxslərin sərəncamında olduğu bildirilir.

Qeyd edək ki, satışa çıxarılan “Nissan Teana”nın qiyməti 7000, “Volkswagen Passat”ların 17 000, “Audi”lərin 20 min manatdan başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR