Ulduz futbolçu MLS-dən imtina edib

Ulduz futbolçu MLS-dən imtina edib
# 02 noyabr 2021 15:11 (UTC +04:00)

“İnter”in hücumçusu Aleksis Sançesin karyerasını ABŞ-da davam etdirmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, Çili millisinin üzvü MLS-də oynamağa razılıq verməyib.

Yerli klublardan biri 32 yaşlı forvarda 2023-cü ilin dekabrına qədər nəzərdə tutulan müqavilə təklif edib. Milan təmsilçisi onun qış “transfer pəncərəsi”ndə gedişinə çalışsa da, futbolçu özü bundan imtina edib. Sançes karyerasını Avropada davam etdirmək fikrindədir.

Qeyd edək ki, “İnter”lə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Aleksis Sançes cari mövsüm 6 oyunda 2 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR