Bakıda bir nəfər özünü doqquzmərtəbəli binanın damından atmaq istəyib

Bakıda bir nəfər özünü doqquzmərtəbəli binanın damından atmaq istəyib
# 24 yanvar 2018 12:43 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda bir nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.

FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR