Bakıda I Avropa Oyunlarında Rusiya Azarkeş Evinin açılış mərasimi keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda I Avropa Oyunlarında Rusiya Azarkeş Evinin açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 iyun 2015 09:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, mərasimdə Rusiya Olimpiya Komitəsinin sədri Aleksandr Jukov, komitənin vitse-prezidenti, Rusiya prezidentinin köməkçisi İqor Levitin, Rusiyanın idman naziri Vitali Mutko, bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və digər şəxslər iştirak edib.

Azarkeş Evi Bakının mərkəzi hissəsində, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzində yerləşir. Rusiya Olimpiya Komitəsinin sədri Aleksandr Jukov çıxışında bildirib ki, Bakı-2015 Avropa Oyunlarının medalları Soçi Olimpiadasının medallarını hazırlayan “Adamas” firması və Azərbaycanın “AzerSuvenir” şirkətinin birgə məhsuludur. O, ilk Avropa Oyunlarını ilin vacib idman tədbiri adlandıraraq Rusiyanın Olimpiya və dünya çempionları da daxil olmaqla, güclü atletlərlə təmsil olunduğunu vurğulayıb. A. Jukov azarkeş dəstəyinin çox önəmli olduğunu, bu səbəblə Bakıda Azarkeş Evi açmaq qərarına gəldiklərini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR