Bank Of Baku

2015-ci ilin ən yaxşı futbolçusu bəlli olub

2015-ci ilin ən yaxşı futbolçusu bəlli olub
# 28 dekabr 2015 07:02 (UTC +04:00)

Bakı – APA. Birləşmiş Ərəb Əmirliklərində Avropa Klublar Assosiasiyasının (ECA) versiyasına əsasən 2015-ci ilin ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi keçirilib. Apasport.az saytı xəbər verir ki, tədbirdə bir neçə nominasiyada qaliblər müəyyənləşib.

 

İlin futbolçusu: Lionel Messi (“Barselona”)

İlin baş məşqçisi: Mark Vilmots (Belçika millisi)

İlin klubu: “Barselona” (İspaniya)

İlin agenti: Jorje Mendeş

İlin hakimi: Ravşan İrmatov (Özbəkistan)

İlin klub prezidenti: Xosep Bartameu

İlin futbol akademiyası: “Benfika”

 

Qeyd edək ki, görkəmli karyeraya görə təyin olunan xüsusi mükafat bu mövsüm Amerika Liqasına üz tutan iki veteran futbolçuya – “Nyu York Siti”nin üzvləri Andrea Pirlo və Frenk Lemparda verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR