Bakı – APA. “Avropa Liqasına heç də pis start götürməmişik. Fikrimcə, növbəti turda ilk qələbəmizi qazana bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Anderlext” klubunun yarımmüdafiəçisi Yuri Tilemans deyib.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Belçika təmsilçisi “Monako” ilə evdə heç-heçə (1:1) etdikdən sonra daxili birincilikdə də “Şaxlerua” səfərindən 1:1 hesablı bərabərliklə dönüb.
18 yaşlı forvard yerli mətbuata açıqlamasında növbəti turda “Qarabağ”la qarşılaşacaqlarını xatırladıb və Bakıya qələbə dalınca gələcəklərini söyləyib: “Hazırda yaxşı formadayıq. Oyunumuzla istənilən turnirdə nəticə göstərəcək gücdə olduğumuzu göstərmişik. Qarşıda bizi “Qarabağ”la oyun gözləyir. Tam fərqli atmosferdə, təzyiq altında çıxış edəcəyimizi bilirik. Ancaq istənilən halda Bakıdan qələbə ilə dönməliyik”.
Qeyd edək ki, “Qarabağ” – “Anderlext” oyunu oktyabrın 1-də keçiriləcək.