Bank Of Baku

“Atletiko” klubunun prezidenti Bakıya gəlir

“Atletiko” klubunun prezidenti Bakıya gəlir
# 03 iyun 2013 15:15 (UTC +04:00)

Bakı – APA. Madridin “Atletiko” klubunun prezidenti Enriko Sereso növbəti dəfə Azərbaycana gəlir. Apasport.az saytının məlumatına görə, “Bakı”nın prezidenti Hafiz Məmmədovun şəxsi dəvəti ilə ölkəmizə səfər edən ispaniyalı bu axşam Bakıda olacaq. Bir sıra həmyerliləri ilə ölkəmizə təşrif buyuracaq Seresonun Məmmədovla qarşıdakı planlarla bağlı görüşü nəzərdə tutulub. 


Belə ki, rəhbərliyini istefaya göndərərək, strukturunu yenidən quran paytaxt klubu orada ispanlara yer verəcək. Bu, “Atletiko” ilə bir müddətdir davam edən əməkdaşlıq çərçivəsində nəzərdə tutulub. 

“Bakı”nın prezidenti Sereso ilə görüşündə rəhbərliyində, menecerlik sahəsində çalışacaq şəxslərlə yanaşı, yeni baş məşqçisini də müzakirə edəcək. Bu zaman posta namizədlər - “Atletiko”nu sonuncu dəfə İspaniya çempionu edən serbiyalı Radomir Antiçlə həmin vaxt qapıçısı olan İspaniya yığmasının sabiq üzvü Xose Molinanın gələcək taleyinə tam gələcək. Serbiya yığmasının sabiq baş məşqçisi, hazırda Çində çalışan 64 yaşlı Antiç təcrübəsinə görə daha şanslı sayılır. Ancaq “Bakı” “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone ilə birgə 17 il öncə ölkə çempionu olan, son iş yeri “Vilyareal”ın çalışdırıcısı olan 43 yaşlı Molinanı da “sükanı arxası”na gətirəcəyini istisna etmir. 

Qeyd edək ki, “Bakı” ilə “Atletiko” arasında fevralın 1-də Madriddə əməkdaşlıqla bağlı 2 illik müqavilə imzalanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR